Xırdalanda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Xırdalanda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
# 23 dekabr 2016 07:24 (UTC +04:00)

Xırdalan şəhərində yanğın hadisəsi baş verib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsindən 12-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 12 p.m yanıb. Hadisə zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub.

Mənzillər yanğından mühafizə edilib. Yanğın saat 08:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR