Pentaqon Suriyadakı hərbçilərinin sayını açıqlayıb

Pentaqon Suriyadakı hərbçilərinin sayını açıqlayıb
# 16 noyabr 2017 21:58 (UTC +04:00)

Suriyada olan ABŞ hərbçilərinin sayı 500 nəfəri keçib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Baş Qərargahının aparat direktoru general-leytenant Kennet Makkenzi bildirib.

“Əfqanıstanda təxminən 14 min, Suriyada 503, İraqda 5262 amerikalı hərbçi var”, - deyə K.Makkenzi bildirib.

Onun sözlərinə görə, Suriyadakı amerikalı hərbçilər hərbi əməliyyatlarda iştirak etmir, onlar yerli qüvvələrin təlimini həyata keçirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR