ADU-da Rusiyaşünaslıq mərkəzinin açılışı olub

ADU-da Rusiyaşünaslıq mərkəzinin açılışı olub
# 08 dekabr 2017 10:14 (UTC +04:00)

Azərbaycan Dillər Universitetində (ADU) Rusiyaşünaslıq mərkəzinin açılış mərasimi keçirilib.


APA-nın xəbərinə görə, açılış mərasimində ADU-nun rektoru Kamal Abdulla, Rusiya Federasiyasının A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun nümayəndə heyəti və digər rəsmi qonaqlar iştirak edib.


K. Abdulla bildirib ki, bu mərkəz ADU və A.S.Puşkin adına universitetlər arasında layihələrin həyata keçirilməsi, əlaqələrin gücləndirilməsi baxımından vacib platforma olacaq.

Rus dilinin təhsil, karyera dili olduğunu vurğulayan Rusiya Federasiyasının A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun nümayəndələri isə deyiblər ki, bu mərkəz Azərbaycanda rus dilinin tədrisinə böyük kömək edəcək. Oda da bildirilib ki, yaxın zamanlarda Puşkin adına institutda Azərbaycan dili və mədəniyyətinin tədrisi məqsədilə Azərbaycan mərkəzi açılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR