Tbilisidə əcnəbi ər-arvadın meyiti aşkarlanıb

Tbilisidə əcnəbi ər-arvadın meyiti aşkarlanıb
# 10 aprel 2018 07:44 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisinin Pekin küçəsində yerləşən binaların birində mənzildə ər və arvadın meyiti aşkarlanıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, xarici ölkə vətəndaşları olan cütlük bir neçə günlük mənzil kirayələyib. İlkin məlumatlara əsasən, onların ölümünə dəm qazından zəhərlənmə səbəb olub. Ər-arvadın meyitləri ekspertizaya göndərilib.

Cütlüyün hansı xarici ölkə vətəndaşı olduqları hələ açıqlanmır.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR