2014-cü ildən itkin düşmüş Salyan sakini axtarılır

2014-cü ildən itkin düşmüş Salyan sakini axtarılır
# 02 fevral 2018 09:06 (UTC +04:00)

Salyan rayonunun Şorsulu kənd sakini, 1979-cu il təvəllüdlü Ramella Bayramova 2014-cü ildə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin qadının xarakterik əlamətləri belədir: boyu 157 santimetr, arıq bədən quruluşlu, nazik uzunsov qarayanız sifətli, qara qısa saçlı, gözlərinin rəngi qəhvəyidir.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Salyan Rayon Polis Şöbəsinə 021-255-51-83 şəhər, (050) 296-96-80 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR