İranda qəzaya uğrayan sərnişin təyyarəsinin "qara qutu"su tapılıb

İranda qəzaya uğrayan sərnişin təyyarəsinin "qara qutu"su tapılıb
# 04 mart 2018 15:47 (UTC +04:00)

İran Mülki Aviasiya Təşkilatının nümayəndəsi Reza Cəfərzadə fevralın 18-də qəzaya uğrayan “Aseman Airlines” aviaşirkətinə məxsus, Tehran-Yasuc marşrutu üzrə uçan “ATR-72” tipli sərnişin təyyarəsinin "qara qutu"sunun tapıldığını təsdiqləyib.

APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, R. Cəfərzadə martın 3-də axtarış briqadasının İranın cənub-qərbində, təyyarənin qəzaya uğradığı Dena dağında qəzaya uğrayan təyyarənin "qara qutu"sunu aşkarladığını bildirib.

Qeyd edək ki, İranın “Aseman Airlines” aviaşirkətinə məxsus, Tehran-Yasuc marşrutu üzrə uçan “ATR-72” tipli sərnişin təyyarəsi fevralın 18-də İsfahan əyalətində qəzaya uğrayıb. Qəza nəticəsində 66 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR