Şimali Kipr Türk Cümhuriyyətində I Türk dünyası Gənclər Forumu keçirilir

Şimali Kipr Türk Cümhuriyyətində I Türk dünyası Gənclər Forumu keçirilir
# 18 oktyabr 2016 11:18 (UTC +04:00)

Bakı - APA. Bu gün Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Girnə şəhərindəI Türk dünyası Gənclər Forumu başlayıb.

APA-nın xəbərinə gorə, tədbirə Türkiyə, Azərbaycan, ŞKTC və digər türk cümhuriyyətlərindən rəsmi şəxslər, millət vəkilləri, mətbuat və QHT nümayəndələri qatılıblar.

Türk Birliyi Dayanışma Dərnəyinin təşkilatçılığı ilə keçirilən tədbirin rəsmi açılışında çıxış edən Makedoniyadan olan millət vəkili Enes İbrahim türk dünyasının problemlərindən, münaqişə ocaqlarından bəhs edib, Qarabağ probleminə diqqət çəkib.

ŞKTC-nın maliyyə naziri Sərdar Denktaş belə tədbirlərin türk dünyasının həmrəyliyi ölkələrin əməkdaşlığının daha da inkişaf etdirilməsi yönündən önəmli olduğunu deyib.

Forum panellərlə davam etdirilib.

Tədbirdə APA-nın əməkdaşı da iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR