Azərbaycan ərazisində hava soyuyacaq, temperatur 10-14 dərəcə düşəcək - YENİLƏNİB - VİDEO

Azərbaycan ərazisində hava soyuyacaq, temperatur 10-14 dərəcə düşəcək - <span style="color: red;">YENİLƏNİB   - <span style="color: red;">VİDEO
# 05 aprel 2014 10:10 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Sabahdan Azərbaycan ərazisində hava soyuyacaq.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, aprelin 6-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq, güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 5-7 dərəcə isti olacaq.

Aprelin 6-da Azərbaycanın rayonlarında hava yağıntılı olacaq, dağlıq və dağətəyi ərazilərdə qar yağacaq. Rayonlarda havanın temperaturu gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda isə gecə 3 dərəcə şaxta, 2 dərəcə isti, gündüz 2-5 dərəcə isti proqnozlaşdırılır.

Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 6-da Abşeron yarımadasında ötən günlə müqayisədə hava şəraitinin kəskin dəyişməsi, qısa müddətdə atmosfer təzyiqinin xeyli yüksəlməsi, güclü xəzri küləyi fonunda havanın temperaturunun kəskin enməsi meteohəssas insanlar üçün çox əlverişsizdir.

Aprelin 6-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Aprelin 6-da havanın temperaturu aprelin 5-i ilə müqayisədə 10-14 dərəcə düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR