Ukrayna Brüssel və Moskvaya danışıqların aparılması üçün nümayəndə heyəti göndərir

Ukrayna Brüssel və Moskvaya danışıqların aparılması üçün nümayəndə heyəti göndərir
# 03 dekabr 2013 22:10 (UTC +04:00)

Bakı-APA. Ukrayna nümayəndə heyəti avrointeqrasiya məsələləri ilə bağlı danışıqların aparılması üçün dekabrın 4-də Brüsselə yola düşəcək, digər nümayəndə heyəti isə Moskvaya yollanacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün Ukraynanın baş naziri Nikolay Azarov bildirib.

“Sabah nümayəndə heyətimiz Brüsselə yola düşəcək və biz Ukrayna üçün əlverişli şərtlər əsasında Avropaya inteqrasiya haqqında razılaşmanın imzalanması üçün danışıqları davam edəcəyik... Bununla yanaşı sabah digər nümayəndə heyətimiz Moskvaya yola düşəcək - biz Rusiya Federasiyası ilə strateji tərəfdaşlığımızı möhkəmləndirmək niyyətindəyik”, deyə Azarov “STB” telekanalına müsahibəsində qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR