Bakıda Azərbaycan-Fransa hökumətlərarası komissiyasının iclası keçirilir - FOTO

Bakıda Azərbaycan-Fransa hökumətlərarası komissiyasının iclası keçirilir - <span style="color: red;">FOTO
# 26 noyabr 2013 08:47 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri, Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib ki, hökumətlərarası komissiya Azərbaycan prezidentinin 1997-ci il dekabrın 1-də imzaladığı sərəncamla yaradılıb.


Nazir qeyd edib ki, Azərbaycan və Fransa arasında iqtisadi əməkdaşlığı gücləndirmək məqsədi ilə komissiyanın bu günədək 6 iclası keçirilib: «Sonuncu ikitərəfli görüş keçən il Fransanın paytaxtı Parisdə baş tutub».


S.Şərifov bildirib ki, bu gün Azərbaycan və Fransa arasında əlaqələr daha da genişlənir: «İki ölkə arasında iqtisadi münasibətlər uğurla inkişaf edir. Azərbaycan MDB ölkələri arasında ticarət üzrə Fransanın ən mühüm tərəfdaşlarından biridir. Bu günədək Azərbaycan və Fransa arasında müqavilə-hüquq bazasını təşkil edən 42 sənəd imzalanıb».

Maliyyə naziri vurğulayıb ki, Azərbaycan və Fransa arasında əməkdaşlıq bir çox istiqamətləri, o cümlədən ticarət və investisiya, şəhərsalma, enerji sektoru, mülki aviasiya və aeronavtika, maliyyə, təhsil, kosmik, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, idman, bərpa olunan enerji, nəqliyyat, ətraf mühit və su sahələrini əhatə edir.


Qeyd edək ki, Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının Fransa tərəfindən həmsədri Fransanın xarici ticarət naziri xanım Nikol Brikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR