Azərbaycanın müdafiə naziri Sloveniyaya dəvət olunub - FOTO

Azərbaycanın müdafiə naziri Sloveniyaya dəvət olunub - <span style="color: red;">FOTO
# 29 avqust 2013 12:47 (UTC +04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan-Sloveniya əlaqələrinin son illər inkişaf etdiyini qeyd edən S. Əbiyev iki ölkə arasında imzalanmış hərbi sazişin bu sahədə də əməkdaşlığın tərəqqisinə geniş imkanlar yaratdığını vurğulayıb.

Nazir görüş zamanı sloveniyalı həmkarına bölgədəki gərgin hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin bu günədək sülh yolu ilə həll edilməməsinin səbəbləri barədə məlumat verib.

Öz növbəsində, Sloveniyanın müdafiə naziri Roman Yakiç də bu münaqişəni yaradan amillər və problemin həllinə maneçilik törədən yanaşmalardan xəbərdar olduğunu bildirib.

Görüş zamanı nazirlər hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsini və digər zəruri əlaqələrin inkişafını önə çəkiblər.

Sloveniyanın müdafiə naziri gələn il hər iki ölkənin ortaq qəhrəmanı əfsanəvi Mixaylonun-Mehdi Hüseynzadənin 95 illiyinin Sloveniyada təntənəli surətdə qeyd ediləcəyini bildirib. R. Yakiç Azərbaycanın müdafiə nazirini həmin tədbirdə iştiraka dəvət edib.

Görüşdə Azərbaycanın Sloveniyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov iştirak edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR