Bakıda növbəti Azərbaycan-Rusiya biznes forumu keçiriləcək

Bakıda növbəti Azərbaycan-Rusiya biznes forumu keçiriləcək
# 28 may 2014 10:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakı şəhərində növbəti Azərbaycan-Rusiya biznes forumu keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, iyunun 4-də Rusiyanın Udmurtiya Respublikası və Kaluqa vilayəti nümayəndə heyətlərinin ölkəyə səfəri çərçivəsində Bakıda Azərbaycan-Rusiya biznes forumu təşkil olunacaq.

Biznes forum İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və “Azpromo”nun təşkilatçılığı ilə keçiriləcək. Forumda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən Rusiya şirkətləri iştirak edəcəklər.

Qeyd edək ki, gələn ay baş tutacaq biznes forum bu il Bakıda keçiriləcək sayca 4-cü Azərbaycan-Rusiya biznes forumu olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR