Azərbaycanda yenidoğulmuşlar arasında inkişaf qüsurlarının erkən aşkarlanması üçün neonatal müayinə aparılacaq

Azərbaycanda yenidoğulmuşlar arasında inkişaf qüsurlarının erkən aşkarlanması üçün neonatal müayinə aparılacaq
# 14 iyun 2014 07:13 (UTC +04:00)

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti tərəfindən təsdiqlənən “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın “Sağlamlıq imkanları məhdud uşaqların erkən aşkarlanması və onlara yardımın göstərilməsinin təşkil edilməsi” bölməsində yer alıb.

Səhiyyə Nazirliyi mütəmadi olaraq perinatal diaqnostika üzrə klinik protokolların hazırlanması və antenatal yardım xidməti göstərən tibb müəssisələrinin işçiləri üçün müvafiq təlimlərin keçirilməsini təşkil edəcək. 2014-2015-ci illər ərzində Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda anadangəlmə patologiyaların profilaktikası məqsədi ilə preimplantasion və tibbi-genetik müayinələr təşkil olunacaq. Eyni zamanda Səhiyyə Nazirliyi mütəmadi olaraq yenidoğulmuşlar arasında inkişaf qüsurlarının erkən aşkarlanması məqsədi ilə neonatal müayinənin (skrininqlərin) aparılmasını təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR