Rauf Mirqədirovun həbs müddəti uzadılıb - VİDEO

Rauf Mirqədirovun həbs müddəti uzadılıb - <span style="color: red;">VİDEO
# 15 iyul 2014 14:30 (UTC +04:00)

Vəkil Elmar Süleymanovun APA-ya verdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsində istintaq orqanın R. Mirqədirovun həbs müddətinin uzadılması barəsində verdiyi təqdimata baxılıb.

Məhkəmə R. Mirqədirovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin daha 4 ay uzadılması barədə qərar qəbul edib.

Qeyd edək ki, bundan əvvəl R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

R. Mirqədirov bu il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR