Sumqayıt maşın bazarında yanğın olub

Sumqayıt maşın bazarında yanğın olub
# 24 noyabr 2012 13:27 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Sumqayıt maşın bazarında yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumat görə, hadisə bu gün saat 13.00 radələrində baş verib. Sumqayıt maşın bazarının ərazisində "Vicdan-1" MMC-yə məxsus, bir-birinə bitişik tikilmiş, ümumi sahəsi 50 kv.m olan avtomobillərin ehtiyat hissələri anbarının yanar konstruksiyaları və içərisində olan ehtiyat hissələri qismən yanıb. Yaxınlıqda olan 11 anbar və digər obyektlər yanğından mühafizə olunub.

Yanğın saat 13:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR