Şirvanda inzibati binada  yanğın hadisəsi baş verib - FOTO

Şirvanda inzibati binada  yanğın hadisəsi baş verib - <span style="color: red;">FOTO
# 01 aprel 2013 08:11 (UTC +04:00)

Şirvan. Əlibәy Zeynallı-APA. Şirvan şəhərində yanğın hadisəsi baş verib.

Bu barədə APA-nın Mil-Muğan bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Şirvan şəhər Yanğından Mühafizə xidmətindən məlumat daxil olub. Növbətçi hissədən verilən məlumatda bildirilir ki, yanğın martın 31-də saat 18.00 radələrində Şirvan şəhəri Fariz Eynullayev küçəsində yerləşən sahəsi 800 kvadrat metr olan 2 mərtəbəli inzibati binada qeydə alınıb. Fəaliyyətsiz olan binanın otaqlarından birində baş verən yanğınının tüstüsü bütövlükdə binanı əhatə edib. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüblər. Ehtimal olunur ki, otaqlardan birində naməlum şəxs tərəfindən yandırılan ocaq yanğına səbəb olub. Yanğın baş verən zaman binanın elektrik enerjisi olmayıb.

Qeyd edək ki, yanğın baş verən binada əvvəllər “Kapitalbank”ın yerli şöbəsi və Regional Elektrik şəbəkəsi fəaliyyət göstərib.

Faktla bağlı araşdırmalar aparılır.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR