Bakıda mənzildə partlayış baş verib

Bakıda mənzildə partlayış baş verib
# 06 oktyabr 2014 11:28 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Nizami rayonunda mənzildə partlayış baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 5-də saat 18:00 radələrində paytaxtın Nizami rayonu E.Süleymanov küçəsində yaşayan Ağdam rayon sakini Əntiqə Novruzovanın evində qaz balonunun nasazlığından yanğına keçən ani partlayış baş verib.

Nəticədə 10 kvadrat metr sahədəki əşyalar yanıb, yanıq xəsarəti alan Bakı şəhər sakini Cəfər Cəfərova xəstəxanada ilkin tibbi yardım göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR