Masazırda sürüşmə aktivləşir - APA TV

Masazırda sürüşmə aktivləşir - <span style="color: red;">APA TV
# 26 mart 2013 18:32 (UTC +04:00)

Bakı. Jalə Məmmədli - APA TV. Laçın rayonundan məcburi köçkün olan İbrahimov Cəlil 4 ildir bu evdə yaşayır. İkinci qrup əlil olan Cəlil 10 il Qarabağ döyüşlərində iştirak edib. İndi iki mərtəbəli evlərində yaşamaq mümkünsüz olduğu üçün iki azyaşlı uşağı ilə qaynatasıgilə köçməli olub. Ev sahibi deyir ki, bələdiyyə rəsmilərinin iddiasına rəğmən, evin sənədləri tam qaydasındadır. Bələdiyyə sədrinin müavini Söhbət Məmmədov bildirib ki, ərazidəki evlər qanunsuz olaraq tikilib: "Heç birinin sənədi yoxdur. Vaxtı ilə zibilxana olub. Sonra əhali köçəndə başlayıb hələ bir yolla tikib. Burada tikilən evlərin hamısına xəbərdarlıq etmişik".

Sözügedən evlər Masazır qəsəbəsi Nazim Əsədov küçəsində yerləşir. DÜnəndən başlayaraq bir neçə evin divarında çatlar yaranıb, torpağın səthi yuyulub. Nəticədə ərazidəki evlərdə yaşamaq təhlükəli həddə çatıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəyinə əsasən, sürüşməyə kənddə kanalizasiya şəbəkəsinin olmaması və qrunt suları səbəb olur. Bu da mailliyə malik yamacda süxurların hərəkəti ilə nəticələnir. Nazirlik mütəxəssisi Sadiq Əmiraslanov bildirib ki, ərazidə yerləşən 10-a yaxın ev təhlükə altındadır: " Sürüşmə zonasında 10-a yaxın fərdi yaşayış evi yerləşir. Birinə daha təhlükə yaradıb. Digər evlərin hasarlarına ziyan vurub. İndi bu evdə yaşayış yoxdur. Dünən bizim baxışımızdan sonra 15 sm genişlənmə müşahidə edilib".


Getdikcə uçqunun miqyasının genişlənməsindən narahat olan sakinlər vəziyyətin daha da gərginləşəcəyini deyirlər. Çünki rəsmi məlumata görə, sürüşmə sahəsinin eni artıq 130-140 metrə, uzunu 80-100 metrə qədər genişlənib.

Qeyd edək ki, ərazidə bir neçə il əvvəl də sürüşmə hadisəsi olmuşdu. Sonradan ərazidə bir neçə bəndvurma işləri aparılsa da, təhlükə sovuşmadı. Onu da qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəyinə əsasən, Masazır sürüşmə baxımdan hazırda Bakının ən təhlükə ərazililərindən biri sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR