Pakistanda avtobus dayanacağında partlayış nəticəsində 6 nəfər ölüb, 17 nəfər yaralanıb

Pakistanda avtobus dayanacağında partlayış nəticəsində 6 nəfər ölüb, 17 nəfər yaralanıb
# 04 oktyabr 2014 19:18 (UTC +04:00)

Bakı-APA. Pakistanın şimal-qərbində törədilmiş terror aktı nəticəsində 6 nəfər ölüb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində daha 17 nəfər yaralanıb.

Məlumata görə, partlayıcı qurğu Heybər-Paxtunxva əyalətindəki Koxat şəhərində, avtobus dayanacaqlarından birində işə salınıb.

“BBC” qeyd edir ki, partlayış Qurban bayramı ilə əlaqədar mərasimə yollanan dindarların dayanacağa yaxınlaşdığı an baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR