Mingəçevirdə avtomobil motosikletlə toqquşub, ölən var

Mingəçevirdə avtomobil motosikletlə toqquşub, ölən var
# 16 mart 2013 08:57 (UTC +04:00)

Mingəçevir .Zahid Abışov-APA. Mingəçevirdə bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində, şəhər avtovağzalının yanında qeydə alınıb. 1954-cü il təvəllüdlü Aydın İsmayılovun idarə etdiyi “90-GR-467” dövlət nömrə nişanlı “VAZ-2107” markalı maşın yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib və qarşıdan gələn Yevlax rayon sakini, 1973-cü il təvəllüdlü Məmmədov Tahir İbrahim oğlunun idarə etdiyi dövlət nömrə nişansız “M” markalı motosikletlə toqquşub. Nəticədə motosikletin sürücüsü hadisə yerində dünyasını dəyişib, “VAZ- 2107” maşınının sürücüsü isə müxtəlif bədən xəsarətləri ilə Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR