“Fitch Ratings" "Azərbaycan Beynəlxalq Bankı"nın reytinqlərinə yenidən baxılması üçün "Rating Watch Positive" siyahısına daxil edib

“Fitch Ratings" "Azərbaycan Beynəlxalq Bankı"nın reytinqlərinə yenidən baxılması üçün "Rating Watch Positive" siyahısına daxil edib
# 10 avqust 2015 10:51 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. "Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin emitentinin uzunmüddətli defolt və davamlılıq reytinqlərini "Rating Watch Positive" artırma imkanı ilə yenidən baxılması üçün "Rating Watch Positive" siyahısına daxil edib.

APA-Economics”in xəbərinə görə, agentliyin saytında verilən məlumata görə, reytinqin artırılma ehtimalı ABB-nin problemli aktivlərinin alınması və özəllləşdirilməsi ilə bağlıdır.

Bankdan "Fitch Ratings"ə bildiriblər ki, söhbət 2015-ci ilin sonunda problemli aktivlərin əhəmiyyətli hissəsinin alınmasından gedir.

"Bankın sağlamlaşdırılması başa çatdıqdan sonra agentlik emitentin uzunmüddətli defolt reytinqini "BB+"dək (hazırda "BB" səviyyəsindədir) yenidən nəzərdən keçirə və prioritet borcun reytinqini 1 pillə artırmaqla həmin səviyyəyədək çatdıra bilər", -deyə məlumatda vurğulanıb.

Agentlik ABB-nin davamlılıq reytinqini bir sıra faktorlardan asılı olaraq (məsələn, qalan aktivlərin keyfiyyəti) 1 və ya 2 pillə artıraraq "b-"dən "b"dək və ya "b+"dək çatdıra bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR