Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib

Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib
# 09 sentyabr 2012 15:38 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gədəbəy rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA-nın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Kiçik Qaramurad kəndi ərazisində qeydə alınıb. Kənd sakini Nizaməddin İbrahimov idarə etdiyi “VAZ-2121” markalı avtomaşın hərəkətdə olan zaman aşırıb. Qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Hadisə zamanı sürücü və maşında olan sərnişin yaralanıb. Yaralılar Gədəbəy rayon mərkəzi xəstəxanasına aparılsa da, Nizaməddin İbrahimov yolda keçinib. Digər yaralının vəziyyətinin normal olduğu bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR