Şüvəlanda Beynəlxalq Sahilyanı Təmizlik Aksiyası zamanı toplanmış tullantılar təkrar emal ediləcək

Şüvəlanda Beynəlxalq Sahilyanı Təmizlik Aksiyası zamanı toplanmış tullantılar təkrar emal ediləcək
# 19 sentyabr 2012 14:18 (UTC +04:00)
Bakı – APA-Economics. “Təmiz Şəhər” ASC sentyabrın 22-də keçiriləcək Beynəlxalq Sahilyanı Təmizlik Aksiyasının 27-ci ildönümünə həsr olunmuş ekoloji təşəbbüsə qatılacaq.

Bu barədə “APA-Economics”ə ASC-nin Layihələrin idarə olunması və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu cür aksiyalar “Təmiz Şəhər” ASC tərəfindən alqışlanır: “Aksiya zamanı toplanmış bütün tullantılar “Təmiz Şəhər” ASC-yə təhvil veriləcək və bu tullantılar sınaq rejimində fəaliyyət göstərən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidlənərək təkrar emala yararlı materiallar sənayeyə göndəriləcək. Bununla da çeşidlənmiş tullantılar təkrar emal edilərək onlara ikinci həyat veriləcək”.

Aksiya çərçivəsində Şüvəlan sahili zibil və tullantılardan təmizlənəcək. Beynəlxalq Sahilyanı Təmizlik Günü sahillərin, daxili suların və okeanların məişət tullantıları və zibildən təmizlənməsi məqsədi ilə keçirilən, dünyanın ən böyük birgünlük könüllülük təşəbbüsüdür. Təşəbbüsdə bir sıra dövlət və qeyri-hökumət təşkilatları - Milli Olimpiya Komitəsi, Azərbaycan Diplomatik Akademiyası, AMEC, “Green Baku” Klubu, “Təbiətin Dostları Klubu” iştirak edəcəklər.

Tədbir sentyabrın 22-də Şüvəlan qəsəbəsində “Zibili götür. Təmizlə. Fərqi Gör!” şüarı altında keçiriləcək.

Aksiyanın bütün iştirakçıları nəqliyyatla, üzərilərində loqotip olan köynəklər soyuq içki, nahar və təmizlik üçün lazımi avadanlıqla təmin edəcək.

Aksiyada iştirak etmək üçün 4369067, yaxud 4358509 telefonlarına zəng etməklə, [email protected] ünvanına məktub göndərməklə, tədbirin “Facebook”dakı səhifəsində http://www.facebook.com/events/415004635214316/ qeydə alınmaqla qoşulmaq olar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR