Azərbaycanın Kürdəmir rayonunda üç məktəbli qız itkin düşüb

Azərbaycanın Kürdəmir rayonunda üç məktəbli qız itkin düşüb
# 15 fevral 2012 09:58 (UTC +04:00)
Bu barədə APA-ya Kürdəmir Rayon Polis Şöbəsindən bildirilib. Məlumata görə, rayonun Carlı kənd sakinləri – 16 yaşlı Tünzalə Şirəliyeva, 16 yaşlı Röyalə Novruzova və onun əkiz bacısı Minayə Novruzova dünən yaşadıqları kənddən Kürdəmir rayonunun mərkəzinə hazırlıq məqsədi ilə müəllim yanına getmək adı ilə evdən çıxıb və geri qayıtmayıblar. Onların valideynləri bu barədə Kürdəmir Rayon Polis Şöbəsinə məlumat veriblər. Araşdırmalar zamanı məktəbli qızların müəllim yanına getmədikləri məlum olub. Polis adıçəkilən şəxsləri itkin düşmüş kimi qeydiyyata alıb. Hazırda onların tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR