Bank Of Baku

İrandan Suriyaya işləmək üçün göndərilən 100 nəfər azərbaycanlının həyatı təhlükədədir

İrandan Suriyaya işləmək üçün göndərilən 100 nəfər azərbaycanlının həyatı təhlükədədir
# 24 dekabr 2011 19:45 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İrandan Suriyaya fəhləliklə məşğul olmaq üçün göndərilən 100 nəfər azərbaycanlının həyatı təhlükədədir”. Bu barədə APA-ya hazırda Türkiyədə siyasi mühacir həyatı yaşayan, əslən İrandan olan azərbaycanlı fəal Bəhruz Əlizadə məlumat verib. Onun sözlərinə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) xətti ilə Türkmənçay şəhərində yaşayan 100 nəfər azərbaycanlı işləmək üçün Suriyaya göndərilib: “Orada olduqları müddətdə onlara heç kimlə, hətta ailəsi ilə əlaqə saxlamağa, zəng etməyə icazə verilmir. Qadağaya baxmayaraq, 2 nəfər azərbaycanlı Hüseyn Əsgəri və Bəhmən Bəygli ailələrinə gizli zəng ediblər. Həmin günün səhəri, yəni 2011-ci ilin oktyabrın 25-də gənclər müəmmalı şəkildə ölüb”. Bəhruz Əlizadə deyib ki, cəsədlər ailələrinə yalnız ölənlərin yerinə onların qohumlarından iki nəfərin Suriyaya işləməyə getməsi və gənclər üçün yas mərasiminin təşkil edilməməsi şərti ilə təhvil verilib: “Hüseyn Əsgəri və Bəhmən Bəyglinin ölüm səbəbi açıqlanmayıb. Ailələri cəsədlərin üzərində zorakılıq izlərinin olmadığnı bildiriblər. “Sepah” ölənlərin yaxınlarına bu məsələni araşdırmamaq barədə xəbərdarlıq edib". Azərbaycan fəal bildirib ki, artıq üç ilə yaxındır ki, İranın müxtəlif bölgələrindən fəhlə işləmək üçün Suriyaya adamlar göndərilir: “Gedənlər 7-8 ay işləyəndən sonra İrana qayıdır, yerinə başqaları gedir. Suriyadan qayıdan bir nəfərin dediyinə görə, orada “Hizbullah”a aid düşərgələrdə yaşayıblar və yer qazmaqla məşğul olublar. Onlara düşərgədən kənara çıxmağa və kiməsə zəng etməyə icazə verilməyib. Düşərgədə gördüklərini İranda heç kimə, hətta ailə üzvlərinə də danışmaq qadağan olunub”.
Qeyd edək ki, iki nəfər azərbaycanlının Suriyada müəmmalı şəkildə ölümü əhalini təşvişə salıb. Hazırda orada çalışdırılan 100 nəfər azərbaycanlının da həyatının təhlükədə olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR