Moskva vilayətində “Toyota” dayanacağın 4-cü mərtəbəsindən yerə düşüb, 4 nəfər ölüb

Moskva vilayətində “Toyota”  dayanacağın 4-cü mərtəbəsindən yerə düşüb, 4 nəfər ölüb
# 30 oktyabr 2014 23:42 (UTC +04:00)

Bakı-APA. Moskva vilayətində “Toyota” markalı avtomobil səddi uçuraraq çoxmərtəbəli dayanacağın 4-cü mərtəbəsindən yerə düşüb, nəticədə 4 nəfər ölüb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, insident Lübertsı şəhərinin “Viraj” dayanacaq kompleksində baş verib.

Məlumata görə, avtomobildə olan şəxslərdən 3-ü hadisə yerində, daha biri isə xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisənin təfərrüatları və başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR