Türkiyə Ədliyyə Nazirliyinin Cəza və Həbs Evləri Baş İdarəsinin rəisi Fikrət Məmmədovla görüşüb

Türkiyə Ədliyyə Nazirliyinin Cəza və Həbs Evləri Baş İdarəsinin rəisi Fikrət Məmmədovla görüşüb
# 08 noyabr 2013 14:40 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikası Ədliyyə Nazirliyinin Cəza və Həbs Evləri Baş İdarəsinin rəisi Enis Yavuz Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə çıxış edən F. Məmmədov ədliyyə sisteminin inkişafı üzrə aparılan islahatlar çərçivəsində penitensiar sahədə görülən işlər barədə məlumat verib.


E. Y. Yıldırım isə ədliyyə orqanları arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə böyük önəm verdiklərini söyləyib.

E.Yıldırım son on ildə ölkəsində cəza-icra sisteminin inkişafı, xidməti personalın tədrisi, müasir penitensiar infrastrukturun yaradılması üzrə görülən işlərdən danışaraq qarşılıqlı fəaliyyətə dair birgə səylərin artırılmasının və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Görüşdən əməkdaşlığın daha da dərinləşdiriləcəyinə əminlik ifadə olunub, korrupsiya ilə mübarizə, müasir İKT və elektron xidmətlərin tətbiqi və s. üzrə faydalı fikir mübadiləsi aparılıb.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR