Azərbaycan banklarının kapitalı 36% artıb

Azərbaycan banklarının kapitalı 36% artıb
# 08 yanvar 2014 11:46 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kapitalının həcmi 2013-cü il dekabrın 1-nə 3 339,2 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 891,4 mln. manat və ya 36,4% çoxdur.

«APA-Economics»in xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ötən ilin yanvar-noyabr ayları ərzində məcmu kapitalın həcmi 766,2 mln. manat və ya 29,8%, noyabr ayında 106,1 mln. manat və ya 3,3% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR