Şuşa Musiqili Dram Teatrında “Varlı qadın” komediyasının ictimai baxışı keçirilib

Şuşa Musiqili Dram Teatrında “Varlı qadın” komediyasının ictimai baxışı keçirilib
# 10 iyun 2014 16:50 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Şuşa Musiqili Dram Teatrında Əli Əmirlinin “Varlı qadın” komediyasının ictimai baxışı keçirilib.

Ə.Əmirlinin APA-ya verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan əsərə Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov quruluş verib.

19 aktyorun iştirak etdiyi tamaşada baş rolları Püstəxanım Zeynalova, Teymur Məmmədov, Rasəf Mehdiyev və Nazir Rüstəmov ifa ediblər. Teatr builki mövsümü “Varlı qadın”ın premyerası ilə yekunlaşdıracaq.

Qeyd edək ki, “Varlı qadın” Azərbaycan, rus, qazax, tacik, özbək, gürcü, qırğız, krım-tatar, kumık, ləzgi dillərində tamaşaya qoyulub, müxtəlif teatr mükafatlarına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR