Xasavyurtda polis mayoru öldürülüb

Xasavyurtda polis mayoru öldürülüb
# 08 avqust 2013 07:41 (UTC +04:00)

Bakı – APA. Avqustun 7-dən 8-nə keçən gecə Dağıstanın Xasavyurt qəsəbəsində polis mayoru evinin qarşısında güllələnib.

APA-nın məlumatına görə, polis mayoru, 1971-ci il təvəllüdlü Salman Qereyevə naməlum şəxslər atəş açıblar, o, yerindəcə keçinib.

Üç övladı olan polis əməkdaşı avtomobilində qətlə yetirilib.

“Avtomobilə basqın edənlər iki tərəfdən Qereyevin avtomobilini atəşə tutublar. Cinayətkarlar hadisəni törədəndən sonra ərazini tərk ediblər. Hadisə yerindən gilizlər tapılıb”, - deyə hüquq-mühafizə orqanlarının məlumatında deyilir.

Faktla bağlı cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR