Şəmkirə yeni polis rəisi təyin olunub

Şəmkirə yeni polis rəisi təyin olunub
# 04 may 2015 10:54 (UTC +04:00)

Şəmkir Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın qərb bürosuna verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Oğuz RPŞ-nin rəisi, polkovnik-leytenant Cəmi Əmirov Şəmkir RPŞ-nin rəisi təyin edilib.

Qeyd edək ki, Şəmkir RPŞ-nin rəisi Şükür Mehdiyev bir müddət əvvəl vəzifəsindən azad edilərək nazirliyin sərəncamına götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR