Prezident İlham Əliyev Xorvatiya və Sloveniya prezidentlərinə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Xorvatiya və Sloveniya prezidentlərinə təbrik məktubu göndərib
# 24 iyun 2014 17:53 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Xorvatiyanın milli bayramı – Dövlətçilik günü münasibətilə bu ölkənin prezidenti İvo Yosipoviçə təbrik məktubu göndərib. APA-nın verdiyi xəbərə görə, məktubda deyilir: "İnanıram ki, Azərbaycan ilə Xorvatiya arasındakı dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi və əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi istiqamətində atdığımız addımlar bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcək.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Prezident İlham Əliyev bu gün həmçinin Sloveniyanın milli bayramı – Dövlətçilik günü münasibətilə bu ölkənin prezidenti Borut Pahora təbrik məktub göndərib. “Ümidvaram ki, Azərbaycan-Sloveniya dostluğu və əməkdaşlığının möhkəmlənməsi və inkişaf etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Sloveniya xalqına daim sülh və rifah arzulayıram”, deyə məktubda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR