Dövlət Gömrük Komitəsinin sədri Tovuzda vətəndaşları qəbul edib

Dövlət Gömrük Komitəsinin sədri Tovuzda vətəndaşları qəbul edib
# 25 oktyabr 2013 19:45 (UTC +04:00)

Bakı-APA. Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev oktyabrın 25-də Tovuz Gömrük İdarəsinin inzibati binasında bu bölgədən olan vətəndaşları qəbul edib. APA-nın DGK-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, DGK-nın struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib.

Komitənin səlahiyyətlərinə aid olan müraciətlərin bir qismi yerindəcə öz müsbət həllini tapıb. Bəzi məsələlərin həll olunması üçün isə müvafiq tapşırıq verilib. DGK-nın səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR