Moskvada Ermənistan vətəndaşlarının bankomat oğurlamaq cəhdinin qarşısı alınıb

Moskvada Ermənistan vətəndaşlarının bankomat oğurlamaq cəhdinin qarşısı alınıb
# 04 fevral 2014 09:01 (UTC +04:00)

Bakı – APA. Moskvada Ermənistan vətəndaşlarının daxil olduğu cinayətkar qrupun bankomat oğurlamaq cəhdinin qarşısı alınıb.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, cinayətkarlar bankomatı avtomobilə buksir trosu bağlayaraq terminalı yerindən qoparmağa çalışıblar.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları bunun qarşısını alarkən quldurlar atəş açıb. Cavab atəşi ilə cinayətkar qrupun iki üzvü yaralanıb.

Qeyd edək ki, Moskvada bankomat oğurluğunda ixtisaslaşan cinayətkar qrup Ermənistan vətəndaşlarından və Çeçenistan Respublikasının sakinlərindən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR