Göyçayda buzun üstündə sürüşən maşın ağaca çırpılıb, sürücü xəsarət alıb

Göyçayda buzun üstündə sürüşən maşın ağaca çırpılıb, sürücü xəsarət alıb
# 13 dekabr 2013 09:29 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın məlumatına görə, hadisə ötən gecə Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Kürdşaban kənd sakini, 1985-ci il təvəllüdlü Polad İsayevin idarə etdiyi “VAZ 2106” markalı minik maşını yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində Polad İsayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hadisəyə yolun qar və buzla örtülməsi səbəb olduğu bildirilir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR