® Performance Center şirkəti Azərbaycanda yeni "Babək" diler mərkəzini təqdim edib - FOTOSESSİYA

<font color=red>® </font>Performance Center şirkəti Azərbaycanda yeni "Babək" diler mərkəzini təqdim edib - <span style="color: red;">FOTOSESSİYA
# 25 may 2013 09:24 (UTC +04:00)

Bakı – APA. Chevrolet və Cadillac-ın Azərbaycandakı rəsmi dileri olan Performance Center şirkəti inkişaf edən avtomobil bazarı üçün yeni beynəlxalq standartlara cavab verən və GM konseptinə uyğun Chevrolet Babək Diler mərkəzinin təqdimat mərasimini keçirib.

Şirkətdən APA-ya verilən məlumata görə, təqdimat mərasimini Performance Center şirkətinin prezidenti Qalib Məmmədov açıb. “Performance Center şirkəti Amerikan brendi olan General Motorsun, Chevrolet və Cadillac brendləri üzrə 1997-ci ildən bəri Azərbaycandakı rəsmi dileridir. Şirkətimiz yeni istehsal olunmuş avtomobillərin sifarişi ilə yanaşı servis xidməti ilə də məşğuldur.

Şirkətimiz göstəricilərinin həcmini keçmiş illərə baxdıqda əhəmiyyətli dərəcədə artırıb. Əlbəttə, buna cənab Prezidentimiz İlham Əliyevin apardığı düzgün siyasət və sahibkarlığa verdiyi böyük önəm nəticəsində nail olunub. Performance Center-in 2011-ci və 2012-ci illərdəki yüksək nəticələrinə görə iki il üst-üstə Grandmasters titulu ilə təltif olunması məhz bundan xəbər verir. Bundan əlavə, 2012-ci ildəki yüksək nailiyyətlərinə görə İlin Avtomobil Dileri Nominasiyasında Uğur Milli mükafatına layiq görülüb.

Yeni Babək diler mərkəzimizin açılışı ölkəmizdə avtomobil sektorunun inkişafında böyük əhəmiyyət kəsb edir. Buradakı texnoloji yeniliklər, xidmət keyfiyyəti və yüksək standartlara cavab verən infrastruktur ilə yanaşı müştəri məmnuniyyəti hədəf alınıb və bütün səylərimiz bu istiqamətə yönəlib. İndi olduğu kimi, növbəti illərdə də Performance Center şirkəti bu siyasəti davam etdirəcək və əlçatan qiymətli, yüksək keyfiyyətli, qənaətli, təhlükəsiz və 100 ildən artıq avtomobil istehsalında fəaliyyət göstərən Chevrolet avtomobillərinin satışını və texniki xidmətini təklif edəcək", - deyə Qalib Məmmədov bildirib.

Tədbirdə Azərbaycan Texniki Universiteti və Perfromance Center-in birgə təşəbbüsü əsasında nəşr edilən Rusca-Azərbaycanca "Avtomobil Nəqliyyatı Terminləri Lüğəti"nin təqdimatı da olub.

Yadda qalan təntənəli mərasimdə Azərbaycanda daha bir yenilik olan 3 yeni avtomobil təqdim edilib. İlk növbədə Chevrolet Camaro Cabriolet, Yeni Captiva və tam yeni model olan Trax avtomobili təntənəli şəkildə tədbir iştirakçılarına təqdim olunub. Trax avtomobili 5 yerlik avtomobil olaraq Chevrolet modelləri sırasına yeni daxil olmuş olub və çox qısa müddətə ölkəmizə kütləvi idxalına başlanılacaq.

Arayış: Performance Center şirkəti 1997-ci ildən General Motors korporasiyasının Chevrolet və Cadillac brendlərinin Azərbaycandakı yeganə rəsmi dileridir. Həmin ildən başlayaraq şirkət General Motors korporasiyasın Şimali Amerika, 2004-cü ildən Rusiya, 2005 - ci ildən isə Koreya istehsalı olan Chevrolet avtomobillərinin Respublikamızda rəsmi dileridir. Hal-hazırda “Performance Center” şırkətinin avtomobillərin satışı və texniki xidməti üzrə üç diler mərkəzi fəaliyyət göstərir ki, onlardan ikisi - Performance Center və Babək - Bakı şəhərində, digəri isə - İdeal Motors Gəncə şəhərində müştərilərin xidmətindədir.

«General Motors» şirkətləri – dünyanın ən iri avtomobil istehsalçısıdır. 1908 –ci ildə yaradılmış GM şirkətində bu gün bütün dünya üzrə 250 000 minə yaxın işçi çalışır. Detroyt şəhərində baş ofisi olmaqla, GM dünyanın 38 ölkəsində avtomobillər və yük maşınları istehsal edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR