Azərbaycanda yaşayış evində baş verən yanğında bir nəfər ölüb

Azərbaycanda yaşayış evində baş verən yanğında bir nəfər ölüb
# 14 dekabr 2013 09:54 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər Sabunçu rayonunda qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan 3 otaqlı mənzildə 1 ədəd yataq dəsti yanıb.

Yanğının kəşfiyyatı zamanı evdə kirayədə yaşayan, 1975-ci il təvəllüdlü Qurbanov Sədulla Bəhərçin oğlunun yanmış meyiti aşkar olunub.

Yanğın saat 11:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR