Azərbaycanın mədəniyyət və turizm naziri Sankt-Peterburqda bir sıra görüşlər keçirib

Azərbaycanın mədəniyyət və turizm naziri Sankt-Peterburqda bir sıra görüşlər keçirib
# 09 dekabr 2014 16:22 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rusiya Dövlət Ermitaj Muzeyinin 250 illiyinə həsr edilmiş “İnsan. Mədəniyyət. Dünya” adlı 3-cü Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumu çərçivəsində bir sıra görüşlər keçirib.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Ə. Qarayev rusiyalı həmkarı Vladimir Medinski və Dövlət Ermitaj Muzeyinin direktoru M. Piotrovski, Sankt-Peterburq Hökumətinin Xarici Əlaqələr Komitəsinin katibi Y. Qriqoriyev, Kubanın mədəniyyət naziri J.G.Toledo, Qazaxıstanın mədəniyyət və idman naziri A.Muxammediulı, Çin Xalq Respublikasının mədəniyyət naziri Tsai Vu, Livanın mədəniyyət naziri R. Araygi və Serbiyanın mədəniyyət və informasiya naziri İ.Tasovacla görüşüb.

Görüşlərdə ölkələr arasında mədəniyyət sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Ə. Qarayev həmçinin məşhur ispan arxitektoru Santyaqo Kalatrava Vals ilə görüş keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR