Gəncədə gözəllik salonundan bahalı aparat oğurlanıb

Gəncədə gözəllik salonundan bahalı aparat oğurlanıb
# 15 may 2013 16:43 (UTC +04:00)

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, oğurluq hadisəsi şəhərin Heydər Əliyev küçəsində olan “Kleopatra” gözəllik salonunda baş verib. Naməlim şəxslər salonun qapısını qıraraq içəri daxil olub və içəridən 1300 manat məbləğində pul və təxmini dəyəri 10 min ABŞ dolları olan bir ədədə “tatuaj” aparatını aparıblar.

Gəncə şəhər Baş Polis İdarəsinin müstəntiqi Nəsimi Vəliyevin sözlərinə görə, faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədilən oğurluq) maddələri ilə cinayət işi başlanıb. Oğurluq hadisəsini törədən şəxsin tapılması istiqamətində əməliyyat axtarış təbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR