Azərbaycanın Qazax rayonunun iki sakini minalanmış ərazidən çıxarılıb, biri isə orda qalıb - VİDEO

Azərbaycanın Qazax rayonunun iki sakini minalanmış ərazidən çıxarılıb, biri isə orda qalıb - <span style="color: red;">VİDEO
# 06 oktyabr 2013 11:44 (UTC +04:00)

Qazax rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, rayonun Quşçu Ayrım kənd sakini, 1978-ci il təvəllüdlü Vəzir Vəliyev Aşağı Əskipara kəndi istiqamətində minaya düşərək, bel nayihəsindən qəlpə yarası alıb.

Yaralı dərhal Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib və ilk tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Neytral ərazidə olan digər şəxs isə Qazaxın Alpoud kənd sakini, 1983-cü il təvəllüdül Xəqani Məmmədov isə xəsarət almayıb. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilir. Hadisə yerində olmuş Qazax rayon sakini, 1978-ci il təvəüllüdlü Əli Əliyevdən isə heç bir xəbər yoxdur. Məlumata görə o, minalanmış neytral ərazidə qalıb.

Hadisə bu gün saat 4.00 radələrində baş verib. Polis bu şəxslərin düşmənlə təmas xəttinə getmələrinin səbəbini araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR