Bakıda dörd gün öncə bıçaqlanan şəxs bu gün ölüb

Bakıda dörd gün öncə bıçaqlanan şəxs bu gün ölüb
# 29 aprel 2013 14:32 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Dörd gün öncə Bakıda bıçaqlanan şəxs bu gün ölüb. Nərimanov Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, aprelin 25-də Əlizadə küçəsi, ev-6 ünvanında 1956-cı il təvəllüdlü Bakı şəhər sakini Fəxrəddin Şirinov münaqişə zəminində Beyləqan rayon sakini, 1957-ci il təvəllüdlü Vəli Əmiraslanova boyun nahiyəsinə bıçaqla xəsarət yetirib. Ağır xəsarətlə Klinik Tibbi Mərkəzə yerləşdirilən V. Əmiraslanov bu gün dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR