Əli Həsənov: “Köçəryan-Sərkisyan rejimi Azərbaycan xalqının qanı üzərində hakimiyyətə gəlib, hakimiyyətdən getmək onların sonudur”

Əli Həsənov: “Köçəryan-Sərkisyan rejimi Azərbaycan xalqının qanı üzərində hakimiyyətə gəlib, hakimiyyətdən getmək onların sonudur”
# 20 iyun 2014 07:53 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu “Leyla Əliyeva: “Xocalıya Ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” adlı üç cildlik əsərin təqdimat mərasimində çıxış edən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib.

Ə.Həsənov bildirib ki, Ermənistanda qalanlar Robert Köçəryan və Serj Sərkisyan rejiminin qohumları, yaxınlarıdır: “Ermənistanda heç 1,5 milyon insan da qalmayıb. Erməni xalqı bunu görmürmü? Ermənistandakı rejimlə xaricdəki erməni diasporu öz millətlərinə qarşı xəyanətkarlıq edir, millətlərini dilənçi halına salırlar. Erməni xalqı bunu görürsə, niyə o rejimə qarşı çıxmır, o rejimi dəyişmir? Köçəryan-Sərkisyan rejimi bilir ki, Azərbaycan xalqının qanı üzərində hakimiyyətə gəlib, hakimiyyətdən getmək onların sonudur. Dünya birliyinin bizi Ermənistanda Azərbaycan xalqının qanı üzərində hakimiyyətə gələn rejimlə danışıqlara çağırmasını anlamaq mümkün deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR