Azərbaycan - ABŞ ikitərəfli əlaqələrinin razılaşdırılması üzrə konfrans keçirilib - FOTO

Azərbaycan - ABŞ ikitərəfli əlaqələrinin razılaşdırılması üzrə konfrans keçirilib - <span style="color: red;">FOTO
# 19 may 2014 15:57 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bu gün Azərbaycan və ABŞ ikitərəfli əlaqələrinin razılaşdırılması üzrə konfrans keçirilib. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyətinə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov və ABŞ nümayəndə heyətinə ABŞ-ın Avropa Komandanlığı Strateji Məsələlər üzrə idarə rəisinin müavini, polkovnik Ted Donneli rəhbərlik ediblər.

Görüş zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyi və ABŞ-ın Avropa Komandanlığı arasında 2015-ci il üçün nəzərdə tutulmuş İş Planı müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR