Həştərxan Dövlət Universitetinin nümayəndəsi ADU-da olub - FOTO

Həştərxan Dövlət Universitetinin nümayəndəsi ADU-da olub - <span style="color: red;">FOTO
# 10 aprel 2013 16:28 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Həştərxan Dövlət Universitetinin Dil İnstitutunun direktoru Olqa Yeqorovanı qəbul edib.

ADU mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rektor Həştərxan Universiteti ilə ADU arasında qarşılıqlı əlaqələrin inkişafından söz açıb və qarşılıqlı əməkdaşlıq məsələləri haqqında danışıb.

Səməd Seyidov əməkdaşlığa hazır olduğunu və bu əlaqələrin inkişafının hər iki tərəf üçün xeyirli olacağını deyib. O, Tərcümə fakültəsi ilə əlaqələrin vacibliyini vurğulayıb, ADU-nun digər fakültələri ilə də səmərəli əməkdaşlığın qurulmasında maraqlı olduğunu dilə gətirib.

Həştərxan Dövlət Universitetinin Dil İnstitutunun direktoru Olqa Yeqorova səmimi qəbula görə təşəkkür edib. O, Həştərxan Dövlət Universitetində Azərbaycan dilinin tədris olunduğunu və bir sıra tədbirlərin keçirildiyini vurğulayıb.

Görüşdə həmçinin gələcək əməkdaşlıq, tələbə-müəllim mübadiləsi və birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR