Donald Tramp müsəlmanları ABŞ-a buraxmamağa çağırıb

Donald Tramp müsəlmanları ABŞ-a buraxmamağa çağırıb
# 12 iyun 2016 23:27 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidentliyinə namizəd Donald Tramp müsəlmanları ölkəyə buraxmamağa çağırıb.


APA-nın məlumatına görə, D.Tramp bu barədə özünün “Tvitter” səhifəsində yazıb.


“Orlandoda baş verənlər yekun deyil, başlanğıcdır. Ölkə rəhbərliyimiz zəif və səriştəsizdir. Mən bundan əvvəl də qadağaya dair bəyanatlar vermişdim. Biz hər zaman belə hadisələrə hazır və sərt olmalıyıq”, D.Tramp yazıb.


Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR