Bakı sakininə qarşı quldurluq edilib - FOTO - VİDEO

Bakı sakininə qarşı quldurluq edilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 08 aprel 2015 02:38 (UTC +04:00)

APA TV-nin məlumatına görə, paytaxt sakini Taleh Ağayevə qarşı quldurluq hadisəsi rayonun Çobanzadə 35 ünvanında qeydə alınıb. Belə ki, Ramazanov Sarvan və Şəfiyev Şahin əlbir olaraq yolda piyada gedən Taleh Ağayevin qarşısını kəsiblər. Daha sonra Taleh Ağayevi döyərək boğazına bıçaq dirəyib iki mobil telefonunu əlindən alaraq qaçıblar.

Taleh Ağayev quldurluqla bağlı polisə müraciət edib.

Nizami polisinin apardığı əməliyyat-axtarış tədbirləri zamanı hər iki şəxs saxlanılaraq polis idarəsinə gətirilib. İlkin ifadələri zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR