Sabirabadda 19 yaşlı gənci maşın vuraraq öldürüb

Sabirabadda 19 yaşlı gənci maşın vuraraq öldürüb
# 09 oktyabr 2014 13:19 (UTC +04:00)

Sabirabad Rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə ötən gün Sabirabad rayonunun Qaragüney kəndi ərazisində baş verib.

Sabirabad rayon sakini Mirdamət Tahir oğlu Bibiquliyev idarə etdiyi “QAZel” markalı avtomobillə rayonun Minbaşı kənd sakini, 1995-ci il təvəllüdlü Cəfərov Murad İntiqam oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR