Dövlət başçısı İlham Əliyev Filippində dəhşətli qasırğa nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı bu ölkənin prezidentinə başsağlığı verib

Dövlət başçısı İlham Əliyev Filippində dəhşətli qasırğa nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı bu ölkənin prezidentinə başsağlığı verib
# 11 noyabr 2013 12:47 (UTC +04:00)

APA-nın xəbərinə görə, dövlət başçısı İlham Əliyevin başsağlığı məktubunda deyilir: “Filippində baş vermiş dəhşətli qasırğa nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Filippin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR