Hərbi hissənin qazanxanasında yanğın baş verib

Hərbi hissənin qazanxanasında yanğın baş verib
# 14 aprel 2013 18:54 (UTC +04:00)

Tərtər. Teymur Zahidoğlu-APA. Bu gün axşam saatlarında Tərtər rayonunda yerləşən N saylı hərbi hissənin qazanxanasında yanğın baş verib.

APA-nın Qarbağ bürosunun məlumatına görə, hərbi hissənin əsgərləri, Binəqədi rayon hərbi komissiralığından həqiqi hərbi xidmətə çağırılmış Musazadə Natiq və Ağsu rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Xaliq Bayramov yanıq xəsarətləri ilə Ağcabədi rayonundakı hospitala yerləşdiriliblər.

Hər iki əsgərin vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR