Bu il SKMF xətti ilə sahibkarlara 141 mln. manatdan çox güzəştli kredit verilib

Bu il SKMF xətti ilə sahibkarlara 141 mln. manatdan çox güzəştli kredit verilib
# 17 sentyabr 2015 11:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum bu gün Göygöl rayonunun Qızılca kəndində keçirilib. Forumda 130-dan çox sahibkar iştirak edib.

Forumda çıxış edən SKMF-in icraçı direktoru Şirzad Abdullayev bu il ərzində 4 000-dən çox sahibkara 141 mln. manatdan çox güzəştli kredit verildiyini, reallaşdırılan layihələrin 8 800-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verdiyini diqqətə çatdırıb.

Ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5 540-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 199,4 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, istixana təsərrüfatlarının, quşçuluq fabrikinin, çörək, tikinti materialları, süfrə suları istehsalı, meyvə-tərəvəz, süd emalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 24 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

Forum çərçivəsində Göygöl və ətraf rayonlardan olan 61 sahibkara 805 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, taxılçılıq, heyvandarlıq, quşçuluq, üzümçülük, mebel istehsalı və s. sahələrin inkişafına yönəldiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR